image-vucic-yeni-1backend

Vuçiç: Putin nüvə silahından istifadə ilə bağlı blef etmir

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə ehtimalı ilə bağlı xəbərdarlıq edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Vuçiç Qərbdə Putinin nüvə silahından istifadə ilə bağlı bəyanatlarının blef olduğunu düşünənlərin ciddi səhvə yol verdiyini bildirib.

“İnsanlar Putinin nüvə silahından istifadə ilə bağlı blef etdiyini deməyə başlayanda mən Qərbdəki hər kəsə bildirdim ki, Putin qətiyyən blef etmir.

Əlbəttə, o, nüvə silahından səbəbsiz yerə istifadə etmək istəmir. Heç kim dəli deyil. Lakin kənardan — ABŞ-dan, Avropadan və ya Britaniyadan, fərqi yoxdur, birbaşa hücum olacağı təqdirdə, o, dərhal nüvə silahı ilə cavab verəcək.

Bir çoxları bunun baş verməyəcəyini və NATO-nun Rusiyadan daha güclü olduğunu düşünür. Əgər Putinin heç bir şəraitdə nüvə silahından istifadə etməyəcəyinə həqiqətən inanırsınızsa, bu, vəziyyəti qiymətləndirməkdə böyük səhvdir”, – deyə Vuçiç bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki