Fransanın Baş naziri Sebastyan Lekornu ultra-solçu qrupları 2027-ci il prezident seçkilərinədək ölkədə ciddi iğtişaşlar yaratmağı planlaşdırmaqda ittiham edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Lekornu bu barədə hökumətin əldə etdiyi kəşfiyyat məlumatlarına istinadən danışıb.
O, Milli Assambleyada çıxışı zamanı oktyabrın 17-də baş verən zorakılıqlar zamanı bəzi ərazilərdə ultra-solçu qrupların “üsyan planı” hazırladığını bildirib.
Baş nazirin sözlərinə görə, oktyabrın 24-də, şənbə günü keçirilməsi planlaşdırılan yeni etiraz aksiyaları ilə əlaqədar genişmiqyaslı təhlükəsizlik tədbirləri görüləcək. Əməliyyata hərbi qüvvələrin əlavə dəstəyi də daxil olacaq.
Jalə
























