ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı açıqlama verib.
İNFOAZ xəbər verir ki, Barrak bildirib ki, Türkiyə 2016-cı il hadisələrindən sonra Rusiyadan S-400 müdafiə sistemi alıb.
O qeyd edib ki, bu qərar ABŞ və Türkiyə arasında fikir ayrılığı yaradıb və əsas müzakirə mövzularından biri ABŞ-ın Patriot sistemlərini satıb-satmaması və ya Türkiyənin bu sistemləri əldə edə bilməməsi ilə bağlı olub.
Qeyd edək ki, S-400 məsələsi uzun illərdir Ankara–Vaşinqton münasibətlərində gərginlik yaradan əsas mövzulardan biridir.
Jalə
























