Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə vətəndaşlarına Taylanda səfərlər zamanı ehtiyatlı olmağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Zaxarova bildirib ki, bəzi Rusiya vətəndaşları özləri də bilmədən ABŞ xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşə bilərlər. Onun sözlərinə görə, mövcud vəziyyətdə ABŞ ilə ekstradisiya sazişi olan Taylanda səfər etməzdən əvvəl xüsusilə ehtiyatlı davranmaq lazımdır.
O qeyd edib ki, əgər hansısa vətəndaş ABŞ tərəfindən hüquqi təqib riski ilə üzləşə biləcəyini düşünürsə, belə səfərlərdən çəkinməsi tövsiyə olunur.
Jalə
























