Rusiya nümayəndə heyətini daşıyan təyyarə Əbu-Dabiyə eniş edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqların ikinci mərhələsində iştirak etmək üçün fevralın 3-ü axşam saatlarında Əbu-Dabiyə gəlib. Görüşlərin 4–5 fevral tarixlərində işçi qrupları səviyyəsində keçirilməsi planlaşdırılır.
Danışıqlarda ABŞ və Ukrayna nümayəndə heyətləri də iştirak edəcək. Rusiya və ABŞ nümayəndə heyətlərinin tərkibi əvvəlki görüşlə eyni saxlanılıb. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff və sahibkar Cared Kuşnerin də fevralın 4-də Əbu-Dabiyə gələcəyi bildirilir.
Rauf
























