Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatları ərzində Rusiya ərazisi üzərində 31 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
İNFOAZ.MEDİA xəbər verir ki, ən çox pilotsuz təyyarə Belqorod vilayəti üzərində məhv edilib. Bundan əlavə, dronlar Krasnodarda və Rostov vilayəti üzərində vurulub. Həştərxan, Bryansk və Kursk vilayətləri üzərində isə hərəsində bir PUA məhv edilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, 22 PUA Belqorod vilayəti, 4 PUA Krasnodar diyarı, 2 PUA Rostov vilayəti, həmçinin Həştərxan, Bryansk və Kursk vilayətlərinin hər biri üzərində bir PUA zərərsizləşdirilib.
Rauf
























