makronbackend

Makron: “Livan atəşkəsə tam daxil edilməlidir”

Emmanuel Makron Yaxın Şərqdə davam edən gərginliklə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fransa prezidenti bildirib ki, Hizbullah-ın İsrailə hücum etməsi strateji səhv olub və bu addım Livanı regional böhrana cəlb edib. O həmçinin qeyd edib ki, Israil-ın Livanın cənubunda həyata keçirdiyi zərbələr və mövcudluğu uzunmüddətli həll ola bilməz.

Makron vurğulayıb ki, əldə olunan atəşkəs razılaşması Livanı da tam şəkildə əhatə etməlidir və bu, zəruri şərtdir. O, eyni zamanda Livan Silahlı Qüvvələrinə dəstəyin artırılmasının vacibliyini qeyd edərək, onların ölkə ərazisinə tam nəzarəti bərpa etməli olduğunu bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki