Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apararaq İranla bağlı atəşkəs və regiondakı son vəziyyəti müzakirə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan əldə olunan iki həftəlik atəşkəsi müsbət qiymətləndirərək, 40 gün davam edən gərginlikdən sonra yaranan bu fasilənin davamlı sülh üçün mühüm imkan olduğunu bildirib. O qeyd edib ki, bu fürsətdən düzgün istifadə olunmalı və prosesin pozulmasına yönəlmiş cəhdlərin qarşısı alınmalıdır.
Türkiyə lideri əlavə edib ki, Türkiye diplomatik təşəbbüslərə dəstəyini davam etdirəcək və Pakistan da daxil olmaqla dost ölkələrlə birlikdə davamlı həllin əldə olunması üçün əməkdaşlığı genişləndirəcək.
Rauf
























