Yaxın Şərqdə əldə olunan ABŞ–İran atəşkəsi ətrafında yeni detallar üzə çıxıb.
İNFOAZ.MEDİA xəbər verir ki, İsrail ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşması barədə gec məlumatlandırılıb və məhdud məsləhətləşmələrdən narazı qalıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp razılaşma elan olunmazdan qısa müddət əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. İsrail razılaşmaya qoşulsa da, Livanın sənədə daxil edilməsinə etiraz edib.
İsrail rəsmiləri bəyan edir ki, atəşkəs yalnız İranla bağlıdır və Livanı əhatə etmir. Bu səbəbdən İsrail ordusu Livanda “Hizbullah”a qarşı əməliyyatları davam etdirir.
Jalə
























