Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Boeing RC-135W Rivet Joint kəşfiyyat təyyarəsi Qara dəniz üzərində uçuş həyata keçirib. Təyyarə Uoddinqton bazasından havaya qalxaraq Avropa üzərindən Qara dənizə uçub, Krım və Soçi arasında dövrə vurduqdan sonra geri qayıdıb.
İNFOAZ.MEDİA xəbər verir ki, yanvarın sonlarında Britaniya və ABŞ hərbi təyyarələri Krım və Krasnodar yaxınlığında bir neçə kəşfiyyat missiyası icra edib. Həmin dövrdə Britaniyanın RC-135W və ABŞ-ın P-8A Poseidon təyyarələri də müşahidə olunub.
Qeyd edək ki, daha əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus WC-135R Constant Phoenix kəşfiyyat təyyarəsi Böyük Britaniyadakı Mildenhall bazasına eniş edib.
Jalə
























