image-donald-trump-qassem-soleimani-010320backend

Qalibaf: Tramp və Süleymani məsələsi danışıqlarda gərginlik yaradır

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf beynəlxalq danışıqlardakı roluna dair açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, əvvəlcə danışıqlar komandasına qoşulmaq istəmədiyini və bu məsuliyyətdən yayınmağa çalışdığını deyib. Qalibafın sözlərinə görə, bu qərarın əsas səbəblərindən biri ABŞ-ın sabiq prezidenti Donald Trampın İran Qüds Qüvvələrinin komandanı general Qasım Süleymaninin öldürülməsində rolunun olmasıdır.

Qalibaf bildirib ki, Süleymani onun üçün və ümumilikdə “İslam dünyası üçün xüsusi dəyərə malik şəxs” olub və belə bir fon qarşısında danışıqlar masasında yer almağın asan olmadığını qeyd edib.

Bununla belə, o əlavə edib ki, başqa namizəd irəli sürülmədiyi və onun təkliflərinin qəbul edilmədiyi üçün vəzifəni yerinə yetirməyə məcbur qalıb.

Qalibafın sözlərinə görə, “insan yalnız istədiyini deyil, üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki