Olimpiya çempionu, bədii gimnast Alina Kabayeva Soçidə ictimaiyyət qarşısına çıxıb.
İNFOAZ.MEDİA xəbər verir ki, 42 yaşlı keçmiş idmançı akademiyada gimnastika məşqləri zamanı lentə alınıb. Kabayeva idman geyimində olub və qiymətli daşlarla bəzədilmiş sırğalar taxaraq fotosessiyaya çəkilib.
Kabayeva 2007-ci ildə peşəkar idman karyerasını başa vurub. O, 2004-cü il Afina Olimpiya Oyunlarında fərdi çoxnövçülük üzrə qızıl medal, 2000-ci il Sidney Olimpiadasında isə bürünc medal qazanıb. Alina Kabaeva karyerası ərzində doqquz dəfə dünya çempionu olub.
Xatırladaq ki, qalmaqallı idmançı Alina Kabayevanın adı həmişə Rusiya prezidenti Vladimir Putinlə birgə hallanır.
Rauf

























