image-gettyimages-1181846491backend

Polşanın Baş naziri Kiyevə getdi

Polşanın Baş naziri Donald Tusk Kiyevə səfər edib. Onun Ukraynaya gəlişinin rəsmi məqsədi hələlik açıqlanmayıb. Bununla belə, Varşava nümayəndəsinin Kiyev rəhbərliyi ilə münaqişə fonunda Ukraynaya əlavə dəstək məsələlərini müzakirə etməsi ehtimal olunur.

Məlumata görə, Donald Tusk Ukraynanın paytaxtına qatarla gəlib. Onu Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa və digər yüksəkvəzifəli hökumət rəsmiləri qarşılayıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, Polşa uzun müddətdir Kiyev üçün əsas tərəfdaşlardan biri hesab olunur. Lakin son dövrlərdə Polşa hakimiyyətinin Ukrayna ilə bağlı ritorikasında müəyyən dəyişikliklər müşahidə edilir. Ukrayna Silahlı Qüvvələri üçün silah-sursat hələ də əsasən Polşa ərazisi vasitəsilə daşınır.

Eyni zamanda, ukraynalı qaçqınların böyük hissəsi Polşada məskunlaşıb. Bununla belə, Varşavada Ukraynadan gələn qaçqınlarla bağlı cəmiyyətdə yorğunluq hissinin artdığı bildirilir. Polşa hakimiyyəti qaçqınların geri qayıtmasını təşviq etməyə çalışır və bu istiqamətdə maliyyə dəstəyini tədricən azaldır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki