Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumlar qəza ilə bağlı əlavə məlumatın veriləcəyini bildiriblər./nocomment
























