Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 19 fevralda Qəzza Sülh Şurasının ilk liderlər iclasında iştirak edəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir Paşinyan bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens ilə birgə bəyanatında bildirib və görüşdə iştirak etmək üçün dəvəti aldığını və qəbul etdiyini qeyd edib.
ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurası hazırda 27 üzvdən ibarətdir. Onların arasında Baş nazir Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev də var.
Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi 22 yanvarda Davosda baş tutub. Mərasimdə Ermənistan, ABŞ, Argentina, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Misir, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Pakistan, Qətər, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistandan nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Rauf
























