İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstanda baş verən son siyasi proseslərlə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o, çıxışında Macarıstanın Baş naziri Viktor Orban-a xüsusi təşəkkürünü bildirib. Netanyahu Orbanı “İsrailin həqiqi dostu” adlandıraraq, beynəlxalq arenada İsrailə qarşı yönələn tənqidlər fonunda onun qəti dəstəyini yüksək qiymətləndirib.
Bununla yanaşı, Netanyahu seçkilərdə qələbə qazanan Péter Magyar-ı da təbrik edib. O, Maqyara ölkəni uğurla idarə etməkdə nailiyyətlər arzulayıb və Macarıstan ilə İsrail arasında mövcud güclü əlaqələrin daha da inkişaf etdiriləcəyinə ümid etdiyini vurğulayıb.
İsrail lideri iki ölkə arasında əməkdaşlığın xalqların rifahı naminə davam etdirilməsinin vacibliyini də qeyd edib.
Rauf























