image-6005640126073081366backend

NATO-dan strateji addım: “Boeing E-7” əvəzinə “Saab GlobalEye”

Şimali Atlantika Alyansı köhnəlmiş “E-3 AWACS” təyyarələrini yeniləmək planında mühüm dəyişiklik edib. NATO əvvəllər nəzərdə tutulan Boeing “E-7 Wedgetail” layihəsindən imtina edərək, seçimində “Saab və Bombardier” şirkətlərinin birgə hazırladığı “GlobalEye” hava erkən xəbərdarlıq və nəzarət təyyarəsinə üstünlük verib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərarın verilməsində ABŞ-ın layihədən geri çəkilməsi və Avropa ölkələrinin müdafiə sənayesində daha çox müstəqillik əldə etmək istəyi əsas rol oynayıb.

Məlumata görə, NATO-nun yeni proqram çərçivəsində təxminən 10–14 ədəd təyyarə alması planlaşdırılır. Layihənin ümumi dəyərinin 5–6 milyard avro civarında olacağı gözlənilir.

Yeni nəsil “AWACS” təyyarələrinin 2030-cu illərin əvvəllərində istismara verilməsi nəzərdə tutulur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki