image-1770363933_1backend

“Müəllimlər həmin şagirdi çox sıxırdı” – “İdrak”dakı insidentlə bağlı YENİ DETALLAR – VİDEO

“Hadisəni törədən uşaq dünən demişdi ki, yaxınlarda məktəbdə terror olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında liseydə təhsil alan 8-ci sinif şagirdi bildirib.

“O şagird yaxşı oxuyurdu, sakit uşaq idi. Ancaq məktəbdə müəllimələr çox sıxırdılar onu. Müəllimə yaxşı müəllimə idi”.

Xatırladaq ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki