Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukraynanın 2027-ci ildə Avropa İttifaqına üzv olması real deyil.
İNFOAZ.MEDİA-nın məlumatına görə, kansler bu məsələyə münasibət bildirərək qeyd edib
“2027-ci il yanvarın 1-də üzvlükdən söhbət gedə bilməz. Bu, mümkün deyil”.
Merz vurğulayıb ki, Ukrayna Avropa İttifaqına üzv olmaq üçün mütləq Kopenhagen meyarlarını tam şəkildə yerinə yetirməlidir və bu prosesin bir neçə il çəkəcəyi gözlənilir.
“Biz bu yolda Ukraynanı tədricən Avropa İttifaqına yaxınlaşdıra bilərik. Bu həmişə mümkündür. Lakin belə sürətli üzvlük sadəcə mümkün deyil”, – deyə Almaniya kansleri əlavə edib.
Eyni zamanda, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Aİ-yə üzvlüyü Ukrayna üçün əsas təhlükəsizlik zəmanətlərindən biri kimi qiymətləndirib.
Qeyd olunur ki, Avropa İttifaqına üzv ölkələrdə keçirilən sorğulara əsasən, respondentlərin 75 faizi Ukraynanın Aİ-yə sürətləndirilmiş qaydada qəbul edilməsinə qarşı çıxır.
Rauf
























