image-6981ad2ebd2b38dfcff58a83backend

Məktəbli avtobusu qəzaya uğradı: 14 nəfər xəsarət aldı

Türkiyənin Sivas vilayətinin Yıldızəli rayonunda şagirdləri daşıyan servis mikroavtobusunun aşması nəticəsində 13-ü şagird olmaqla 14 nəfər xəsarət alıb.

İNFOAZ.MEDİA xəbər verir ki, qəza saat 08:30 radələrində Güneyqaya qəsəbəsi yaxınlığında baş verib. Ətraf kəndlərdən götürdüyü şagirdləri Güneyqaya qəsəbəsində yerləşən məktəblərə aparan servis mikroavtobusu qar yağışı səbəbindən buz bağlayan yolda idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki