Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, nüvə silahına malik ölkənin prezidenti ən çətin qərarları, o cümlədən strateji qüvvələrin istifadəsi ilə bağlı qərarları verməyə zehni olaraq hazır olmalıdır.
İNFOAZ.MEDİA xəbər verir ki, Medvedevin sözlərinə görə, nüvə dövlətinə rəhbərlik edən şəxs bu cür ssenarini əvvəlcədən istisna edə bilməz və bu məsuliyyətdən imtina ali dövlət vəzifəsini icra edə bilməmək anlamına gələr. O qeyd edib ki, prezidentliyi dövründə nüvə potensialının idarə olunması üzrə bütün zəruri prosedur və təlimləri yerinə yetirib.
Siyasətçi əlavə edib ki, Rusiyanın bu sahədəki addımları nüvə doktrinası və müvafiq normativ sənədlərlə tənzimlənir. Bununla belə, o vurğulayıb ki, belə qərarların praktikada heç vaxt reallaşmaması son dərəcə vacibdir.
Rauf
























