Qazaxıstanlı qadının qarnından təxminən 45 santimetrlik şiş çıxarılıb.
İNFOAZ.MEDİA xəbər verir ki,36 yaşındakı 6 uşaq anası Gülzat Yermekbayeva bir müddət əvvəl mədəsində sərtlik hiss edərək xəstəxanaya müraciət edib. Müalicə kursu alan zaman dərmanlar təsir etməyib və buna görə əməliyyat olmağa qərar verib.Əməliyyat zamanı qarın boşluğunda təxminən 45 santimetr ölçüsündə şiş aşkar edib və onu uğurla çıxarıblar.
Gülzat Yermekbayeva əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyib və bəzi həkimlərin əvvəlcə onu hamilə zənn etdiyini bildirib — çünki qarın o qədər şişmişdi ki, hamiləlik kimi görünürdü.

EMİN
İNFOAZ.MEDİA
























