Ukrayna Dnestryanının yenidən inteqrasiyası təşəbbüsünü alqışlayır. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, nazirin sözlərinə görə, Kiyev Dnestryanının reinteqrasiyası ilə bağlı yeni planın hazırlanması barədə elanları müsbət qarşılayır və dost Moldova ilə gələcək praktiki əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır.
O, həmçinin Ukraynanın Moldova Respublikasının təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu vurğulayıb. Sibiqa iddia edib ki, Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunları Kişinyovun maraqları üçün təhlükə yaradır.
Xatırladaq ki, daha əvvəl Moldova lideri Dnestryanının hələ də Kişinyovun nəzarəti altında olmadığını bildirib və vəziyyətin yaxın gələcəkdə dəyişə biləcəyinə işarə edib.
Orxan
























