image-kemal_kilicdarogluna_hapis_cezasi_0470925eb3_amp_1776160927backend

Kılıçdaroğluna həbs cəzası verildi

Türkiyənin keçmiş CHP Başçısı Kemal Kılıçdaroğluna həbs cəzası verilib. 

İNFOAZ.MEDİA xəbər verir ki, Mersin 3-cü Asliye Cəza Məhkəməsi Mersində keçirilən mitinq zamanı etdiyi çıxışda Recep Tayyip Erdoğanı təhqir etdiyi iddiası ilə Kılıçdaroğlunu 11 ay 20 gün müddətinə həbs cəzasına məhkum edib.

Məhkəmə çıxışın qanun pozuntusu olduğunu qeyd edib. Keçmiş Cümhuriyyət Xalq Partiyası (CHP) sədri isə ittihamları qəbul etmədiyini bildirib və qərardan apellyasiya şikayəti verə biləcəyini açıqlayıb.

Qərarın qüvvəyə minib-minməməsi Kılıçdaroğlunun bundan sonrakı hüquqi addımlarından asılı olacaq.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki