İranın danışıqlar qrupuna yaxın mənbə ABŞ-ın xüsusilə Hörmüz boğazı ilə bağlı “həddindən artıq tələblər” irəli sürdüyünü bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Vaşinqton həftələrlə davam edən müharibə və təzyiq yolu ilə əldə edə bilmədiyi nəticələri indi danışıqlar masasında qazanmağa çalışır.
İran tərəfi isə bu yanaşmanı qəbuledilməz sayır və əldə etdiyi üstünlükləri qəti şəkildə qoruyacağını vurğulayır.
Qeyd edək ki, son məlumatlara görə, ABŞ və İran arasında danışıqlarda əsas fikir ayrılığı məhz Hörmüz boğazının statusu və nəzarəti məsələsidir.
Rauf
























