İsrailin Müdafiə naziri İsrael Katz bildirib ki, ABŞ və İsrail İranla bağlı aparılan kampaniyanın başa çatdırılması üçün əsas şərt kimi ölkədəki zənginləşdirilmiş nüvə materialının çıxarılmasını müəyyən edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Katzın sözlərinə görə, bu material İranın nüvə proqramını yenidən bərpa etmək cəhdləri üçün əsas baza ola bilər və buna görə də onun ölkədən çıxarılması “əməliyyatın başa çatması üçün ilkin şərt” hesab olunur.
O vurğulayıb ki, Vaşinqton və Təl-Əviv bu məsələdə ortaq mövqedədir və İranın nüvə potensialının tam şəkildə məhdudlaşdırılması region təhlükəsizliyi üçün vacibdir.
Jalə
























