image-pr2backend

Prezident yeni səfirləri qəbul etdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib. Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğulayıb.

Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxunub.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulanıb. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirilib.

Somali Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulanıb.

Elm və təhsil sahələrində əməkdaşlığa toxunuldu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olunub. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezidentin Mətbuat Xidmətinin məlumatına görə, ölkə başçısı İlham Əliyev bu gün Kolumbiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

***

Prezident İlham Əliyev bu gün Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

 






















  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki