image-5971927123880512934backend

ABŞ-nin BU TƏYYARƏSİ ZƏDƏLƏNDİ

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-135 Stratotanker təyyarəsinin İran raket zərbəsi nəticəsində zədələndiyi bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, təyyarə Səudiyyə Ərəbistanı ərazisində vurulduqdan sonra əvvəlcə Birləşmiş Krallığa təmir üçün göndərilib, daha sonra isə ABŞ-a yola salınıb.

Yayılan görüntülərdə təyyarənin demək olar ki, bütün hissələrində çoxsaylı təmir izləri müşahidə olunur.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, İranın raket hücumu nəticəsində Səudiyyə Ərəbistanındakı hərbi bazada bir neçə KC-135 tipli təyyarə zədələnmişdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki