İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-a qarşı sərt bəyanatla çıxış edib. O bildirib ki, əgər Vaşinqton yenidən İranın iradəsini sınağa çəkməyə cəhd edərsə, Tehran daha güclü cavab verəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf vurğulayıb ki, İran öz təhlükəsizliyini və maraqlarını qorumaqda qətiyyətlidir və hər hansı təzyiqə qarşı daha ağır nəticələr doğura biləcək addımlar ata bilər.
Onun sözlərinə görə, ABŞ-ın regiondakı fəaliyyətləri diqqətlə izlənilir və lazım gələrsə, buna uyğun şəkildə cavab veriləcək.
Jalə























