image-iran-absbackend

ABŞ İrana qarşı blokadanı gücləndirdi: 15-dən çox hərbi gəmi cəlb olunub

ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadası çərçivəsində bölgəyə 15-dən çox hərbi gəmi yerləşdirilib.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bu gəmilər İran limanlarına daxil olan və çıxan dəniz nəqliyyatına nəzarət edir.

Bildirilir ki, əməliyyatda aviadaşıyıcı, idarəolunan raket esminesləri və amfibiya hücum gəmiləri də iştirak edir. Bu qüvvələr kommersiya gəmilərinin hərəkətini yönləndirmək və lazım gəldikdə müdaxilə etmək imkanına malikdir.

Blokada əsasən Hörmüz boğazı ətrafında həyata keçirilir və İranla bağlı dəniz daşımalarını məhdudlaşdırmağı hədəfləyir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki