Vensbackend

İran bunu QƏBUL ETMƏDİ – VENS

ABŞ ilə İran arasında Pakistanda keçirilən yüksək səviyyəli danışıqlar heç bir razılaşma əldə olunmadan başa çatıb. Təxminən 21 saat davam edən müzakirələrə baxmayaraq, tərəflər əsas məsələlər üzrə ortaq mövqeyə gələ bilməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Vens bildirib ki, razılaşmanın əldə olunmaması Vaşinqtondan daha çox Tehran üçün mənfi xəbərdir. O qeyd edib ki, ABŞ tərəfi “son və ən yaxşı təklifini” təqdim etsə də, İran bunu qəbul etməyib.

Vensin sözlərinə görə, danışıqların uğursuzluğunun əsas səbəbi İranın nüvə silahı proqramından tam imtina etmək istəməməsidir. ABŞ bu məsələni əsas “qırmızı xətt” kimi qiymətləndirir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki