image-mikrorayon_serial_1766881664_3797201077951559765_60818183868-jpg-1024x1022backend

“Mikro rayon”a iki günə 100 min baxış – VİDEO

İTV-nin yeni serialı “Mikro rayon”un ilk bölümü yutub platformasında iki günə 100 mindən çox baxış sayı toplayıb.

İNFOAZ.MEDİA bildirir ki, həftənin şənbə günləri ekrana gələn kinoprodüser və aktrisa Sevinc Əliyeva yeni layihəsi sosial mediada da maraqla qarşılanıb.

Gənclərdən bəhs edən ekran işi kinosevərlərin də diqqətini çəkib. Bununla bağlı instaqram və feysbuk platformasında müxtəlif paylaşımlar edilib.

Layihədə illər sonra ekranlara dönən Əməkdar artist Məsmə Aslanqızı baş rollardan birini canlandırır. Serialda eyni zamanda Eltəkin Xan, Ülvi Haşım, Orxan İskəndərli, Elşən Əskərov, Nataban Qeybani, Oktay Mehtiyev, Vüsalə Ağayeva rol alır.

Bundan başqa, Əməkdar artist Şövqi Hüseynov, Elşən Rüstəmov, aktyorlar Abbas Qəhrəman, Niyaz İlyasoğlu, aktrisalar Zemfira Əbdülsəmədova, Zülfiyyə Qurbanova, Şəlalə Şahvələdqızı və başqaları çəkilib.

Serialın rejissoru Qulu Əsgərov, quruluşçu operatoru Vasif Əlizadə, ideya müəllifi Sevinc Əliyeva, ssenari müəllifi Gəray Həsəndir.
Çəkilişləri Sumqayıt, Sahil qəsəbəsi və Bakıda baş tutan ekran işi 12 bölümdən ibarətdir.

Qeyd edək ki, “Mikro rayon” “SFN Production” istehsalıdır. Şirkət bundan öncə “Vətəndaş A” serialını ərsəyə gətirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki