image-battle_of_hudaydah_-2018backend

Gəmini ələ keçirmək istədilər – BU ÖLKƏDƏ

UKMTO Yəmən sahilləri yaxınlığında təhlükəli insident baş verdiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Əl-Hudeydə şəhərindən təxminən 54 dəniz mili cənub-qərbdə üzən yelkənli gəmi naməlum şəxslər tərəfindən təqib olunub.

10–12 nəfərin olduğu və bəzilərinin silahlı olduğu kiçik qayıq gəmini saxlamağa çalışıb. Gəmi heyəti dayanmaqdan imtina etdikdən sonra hücumçular gəmiye minməyə cəhd edib.

Hadisə zamanı gəmidən siqnal fişəngi atıldıqdan sonra hücum edən şəxslər geri çəkilib.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki