Tramp Kanadanı hədəfə aldı, yeni tariflərlə hədələdibackend

Trampdan İrana: “Yaxınlaşan gəmilər dərhal məhv ediləcək”

ABŞ prezidenti Donald Tramp İranla bağlı kəskin açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp iddia edib ki, Iran Hərbi Dəniz Qüvvələrinə məxsus 158 gəmi tamamilə məhv edilib və “dənizin dibinə göndərilib”.

O bildirib ki, ABŞ qüvvələri İranın “sürətli hücum qayıqları” adlandırdığı kiçik gəmilərə toxunmayıb, çünki onları ciddi təhlükə hesab etməyiblər.

Bununla yanaşı, Tramp xəbərdarlıq edib ki, İranın hər hansı gəmisi ABŞ-ın tətbiq etdiyi blokadaya yaxınlaşarsa, dərhal məhv ediləcək. Onun sözlərinə görə, bu əməliyyatlar dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə edilən üsullarla həyata keçiriləcək və “sürətli və amansız” olacaq.

O əlavə edib ki, okean və dəniz yolu ilə ABŞ-a daxil olan narkotiklərin 98,2%-nin qarşısı artıq alınıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki