Çin hökuməti İrana silah göndərilməsi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Pekinin rəsmi açıqlamasında bildirilib ki, bu iddialar “əsassız və qərəzli ittihamlardır” və heç bir faktiki sübuta əsaslanmır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, ölkə hərbi məhsulların ixracına məsuliyyətli yanaşır və bu sahədə ciddi nəzarət mexanizmləri tətbiq edir.
Açıqlamada həmçinin vurğulanıb ki, Çin “əsassız qarayaxma və məqsədli əlaqələndirmələrə” qarşı çıxır.
Rauf























