İran Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ prezidenti Donald Trampın dəniz blokadası hədələrini “gülünc” adlandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ ilə İran arasında danışıqların uğursuzluqla başa çatmasından sonra Vaşinqtonun Hörmüz boğazını blokadaya alma planı regionda gərginliyi daha da artırıb. ABŞ prezidenti Donald Tramp boğazda hərbi-dəniz blokadası tətbiq ediləcəyini açıqlasa da, İran tərəfi bu addımı ciddi qəbul etmədiyini bildirib.
İran rəsmiləri vurğulayıb ki, belə hədələr reallıqdan uzaqdır və ölkə öz maraqlarını qorumaqda qərarlıdır.
Jalə























