Donald Tramp bildirib ki, ABŞ və İran arasında keçirilən son görüşdə bir çox məsələlər üzrə razılıq əldə olunsa da, əsas mövzu olan nüvə məsələsində razılaşma olmayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazı ətrafında blokada prosesinə başlayacaq. ABŞ həmçinin İranın yerləşdirdiyi minaların məhv ediləcəyini və İrana ödəniş edən gəmilərin beynəlxalq sularda saxlanılacağını açıqlayıb.
Tramp əlavə edib ki, ABŞ və müttəfiqləri bu blokadaya qoşulacaq və İranın “qanunsuz gəlir əldə etməsinə” imkan verilməyəcək. O, mümkün hücumlara sərt cavab veriləcəyini də vurğulayıb.
Jalə
























