İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimalında zabitin yaralanmasına cavab olaraq HƏMAS-ın komandirlərindən birinin öldürüldüyünü təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, 7 oktyabr 2023-cü ildə HƏMAS silahlıları İsrailin cənubuna hücum edərək mülki şəxsləri və əsgərləri öldürüb, girovlar götürüb və minlərlə raket atıb. Hücum nəticəsində ən azı 1400 nəfər həlak olub, onların əksəriyyəti mülki şəxslər idi.
İki il davam edən münaqişədən sonra 10 oktyabr 2025-ci ildə danışıqlar yolu ilə atəşkəs əldə olunub. Razılaşmaya əsasən, HƏMAS diri girovları azad edib və həlak olanların cəsədlərini qaytarmağa başlayıb.
Rauf
























