image-tvnqahsfxuc33witgtik1lxookjc4slxyrmbuy4e_825backend

İsrail Livana zərbələr endirdi

Livanın cənub və şimal bölgələri İsrailin hava hücumlarına məruz qalıb. Yerüstü hədəflərə azı 10 zərbə endirildiyi bildirilir.

İNFOAZ.MEDİA-nın məlumatına görə, hücumların əsas hissəsi Hizbullahın hərbi obyektlərinin yerləşdiyi Cezzin bölgəsinin Mahmudiyyə ərazisinə yönəlib. Şimalda isə Hermel rayonundakı təlim düşərgələri və silah anbarları vurulub.

İlkin məlumata əsasən, hücumlar nəticəsində tələfat qeydə alınmayıb. Livan Daxili İşlər Nazirliyi yanvarın əvvəlindən bu yana İsrail hücumları nəticəsində ölənlərin sayının 29 nəfər olduğunu açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki