image-4bpl33c520764f103n2_800c450backend

İran xarici siyasətdə qonşuları ilə əlaqələrə üstünlük verməlidir

Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri və keçmiş xarici işlər naziri Kamal Xərrazi bildirib ki, İranın xarici siyasətinin əsas sütunları müstəqilliyi qorumaq, təzyiqlərə qarşı durmaq və qonşu ölkələrlə əlaqələri genişləndirmək olmalıdır.

İNFOAZ.MEDİA xəbər verir ki, o vurğulayıb ki, qonşularla “şəfqət” və konstruktiv əməkdaşlıqla münasibət qurmaq lazımdır. Eyni zamanda, İran düşmənçilik edən ölkələrə sərt cavab verməli və reaksiyası qarşı tərəfin təzyiq səviyyəsinə uyğun olmalıdır. Xərrazi ABŞ-ı əvvəldən İrana düşmən münasibətdə olan ölkə adlandırıb.

Diplomat və akademiklərin qatıldığı iki günlük konqresdə İranın xarici əlaqələri və beynəlxalq sistemdəki rolu müzakirə edilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki