image-wr-960-15backend

İran Fars körfəzində iki tankeri saxladı

İran qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki tankeri ələ keçirib. İran mediasının məlumatına görə, gəmilərdə bir milyon litrdən çox yanacaq olub və 15 nəfərdən ibarət xarici heyət məhkəmə orqanlarına təhvil verilib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu insident Hörmüz boğazında baş verən başqa bir hadisə ilə eyni vaxta təsadüf edib.

Fevralın 3-də İran hərbi qayıqları ABŞ bayrağı altında üzən “Stena Impero” tankerini saxlamağa cəhd etsə də, gəmi əmrlərə tabe olmayaraq yoluna davam edib. Daha sonra tanker ABŞ hərbi müşayiəti ilə bölgədən uzaqlaşıb. ABŞ Mərkəzi Komandanlığı hadisəni təsdiqləyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki