image-5854843661101764430backend

İran Dünya Kuboku biletlərinin ləğv edildiyini açıqladı

İran Futbol Federasiyası  2026-cı il FIFA Dünya Kuboku üçün azarkeşlərə ayrılmış bilet kvotasının turnirin başlamasına bir neçə gün qalmış ləğv edildiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Federasiyanın açıqlamasına görə, İran yığmasının oyunları üçün nəzərdə tutulmuş biletlərin satışı prosesinə artıq başlanılmışdı. Lakin sonradan bu kvota geri götürülüb və nəticədə səfər planlarını əvvəlcədən quran çoxsaylı iranlı azarkeş komandalarının oyunlarına qatıla bilməyəcək.

Qaydalara əsasən, Dünya Kubokunda iştirak edən hər federasiyaya öz azarkeşləri arasında bölüşdürmək üçün oyun biletlərinin 8 faizi ayrılır. İran tərəfi qərarın kim tərəfindən verildiyini açıqlamasa da, bunun beynəlxalq idmanın bərabərlik və ədalət prinsiplərinə zidd olduğunu vurğulayıb.

FFIRI FIFA-nı neytrallıq və ədalət prinsiplərinə sadiq qalmağa çağıraraq, qeyri-idman amillərinin turnirə kölgə salmasının qarşısının alınmasını tələb edib. FIFA isə məsələ ilə bağlı İran Futbol Federasiyası ilə əməkdaşlıq etdiyini və azarkeşlərin oyunlara qatılması üçün həll yolları üzərində çalışdığını bildirib.

Məlumata görə, İran yığması Dünya Kubokunun qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misir milliləri ilə qarşılaşacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki