image-5976409317390880260backend

İran 5 ərəb ölkəsindən kompensasiya tələb etdi

İran BMT-yə ünvanladığı rəsmi məktubda bir neçə Körfəz ölkəsindən  Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan  kompensasiya tələb edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tehran həmin ölkələri ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarda onların ərazilərinin, hava məkanının və hərbi bazalarının istifadə olunmasına şərait yaratmaqda ittiham edir.

İran tərəfi bu ölkələrin “beynəlxalq hüququ pozduğunu” və baş verən zərərə görə məsuliyyət daşıdıqlarını bildirir. Rəsmi Tehran iddia edir ki, ümumi zərərin həcmi 270 milyard dollara qədər yüksələ bilər.

Məktubda vurğulanır ki, bu addım “qanunsuz hərbi əməliyyatlara yardım” kimi qiymətləndirilir və həmin ölkələrdən tam təzminat tələb olunur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki