image-wr-960-6backend

Göyərtəsində 15 nəfər olan təyyarə ilə əlaqə kəsildi

Satena Airlines aviaşirkətinə məxsus əlaqə kəsilən təyyarədə 13 sərnişin olub.

İNFOAZ.MEDİA xəbər verir ki, Kolumbiya aviasiya qurumları Satena şirkətinin icra etdiyi daxili reyslə əlaqənin kəsildiyini bildirib.

Məlumata görə, Kukuta–Okanya marşrutu üzrə uçan NSE 8849 reysinə xidmət göstərən təyyarə hava hərəkətinə nəzarət xidməti ilə sonuncu dəfə 28 yanvar saat 11:54-də əlaqə saxlayıb.

HK-4709 qeydiyyat nömrəli Beechcraft 1900 tipli təyyarənin göyərtəsində 15 nəfər olub. Onlardan 13-ü sərnişin, 2-si isə ekipaj üzvüdür.

Təyyarənin təyinat məntəqəsinə təxminən saat 20:05-də enməsi planlaşdırılırdı.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki