Fransa Prezidenti Emmanuel Makron Keniyaya səfəri zamanı Afrikada Fransanın təsir imkanlarının azalması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron bildirib ki, son 25 ildə Fransa Afrikada əvvəlki kimi dominant mövqeyini qoruya bilməyib və bunun artıq dəyişdiyini qəbul etmək lazımdır.
“Biz fransızıq deyə hər şeyin üzümüzə açıq olduğunu düşünürdük. Amma artıq bu dövr bitib”, – deyə Fransa lideri vurğulayıb.
O qeyd edib ki, hazırda Afrikada Çin, Türkiyə, ABŞ və digər ölkələrin təsiri artıb. Macronun sözlərinə görə, bir çox Afrika ölkələri Fransa ilə müqayisədə daha rəqabətli tərəfdaşlarla əməkdaşlığa üstünlük verir.
Rauf
























