image-5854843661101764295backend

Fransa İsrailin maliyyə nazirinin ölkəyə girişini qadağan edib

Fransa hökuməti İsrailin maliyyə naziri Bezalel Smotriç üçün ölkəyə giriş qadağası tətbiq edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qərar Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç ilə koordinasiya şəraitində qəbul olunub. Sanksiyalar çərçivəsində daha 4 məskunlaşma təşkilatının rəhbəri və zorakılıqda ittiham olunan 21 israilli məskunlaşmaçı da Fransa ərazisinə giriş hüququndan məhrum edilib.

Qeyd olunur ki, Fransa artıq may ayında İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Qvir barəsində də oxşar giriş qadağası tətbiq etmişdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki