Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı liderlər Türkiyə ilə İran arasında ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Ərdoğan İranda baş verən hadisələri yaxından izlədiyini, Türkiyənin İranın sülh və sabitliyinə önəm verdiyini, eləcə də İranın daxili işlərinə xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmadığını vurğulayıb.
O, problemlərin diplomatik yollarla həllinin tapılmasının və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin maraqlarına uyğun olduğunu qeyd edib.
EMİN
İNFOAZ.MEDİA
























