İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının tamamilə açıldığını açıqlayıb.
İNFOAZ xəbər verir ki, Əraqçi bildirib ki, Livanda qüvvədə olan atəşkəsə uyğun olaraq Hörmüz boğazı bütün kommersiya gəmiləri üçün açıq elan edilib.
Onun sözlərinə görə, tranzit yalnız İranın Limanlar və Dəniz Təşkilatı tərəfindən əvvəlcədən müəyyən edilən koordinasiya olunmuş marşrutlar üzrə həyata keçiriləcək.
Qeyd edilib ki, bu qərar atəşkəs müddəti ərzində qüvvədə olacaq və dəniz nəqliyyatının təhlükəsiz şəkildə davam etməsinə imkan verəcək.
Jalə
























