İranın xarici işlər naziri Abbas Əraqçinin cümə günü Türkiyəyə rəsmi səfəri planlaşdırılır.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, səfər zamanı Abbas Əraqçi Türkiyənin xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə İran–Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda baş verən proseslər ətraflı müzakirə olunacaq.
Danışıqlarda Yaxın Şərqdə təhlükəsizlik məsələləri, regional sabitlik, eləcə də beynəlxalq gündəmdə yer alan aktual mövzuların diqqət mərkəzində olacağı bildirilir.
Orxan Məhərrəmov
























