İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la nüvə danışıqları aparmaq məqsədilə cümə axşamı gecəsi Tehrandan Omanın paytaxtı Maskata yola düşüb. Danışıqlar Omanın vasitəçiliyi ilə sabah keçiriləcək.
İNFOAZ.MEDİA xəbər verir ki, XİN sözçüsü İsmayıl Bəqayi bildirib ki, Əraqçi İran nümayəndə heyətinə rəhbərlik edir və məqsəd nüvə məsələsi üzrə ədalətli, qarşılıqlı razılaşdırılmış və şərəfli razılaşma əldə etməkdir.
Bəqayi vurğulayıb ki, əvvəlki razılaşmaların pozulması və xarici müdaxilələr nəzərə alınsa da, İran xalqının maraqlarını qorumaq və bölgədə sülhü təmin etmək üçün diplomatiyadan istifadə davam etdiriləcək.
O, həmçinin bu prosesdə rol oynayan regional ölkələrə təşəkkür edib və ABŞ tərəfinin danışıqlarda məsuliyyətli və ciddi mövqe tutacağına ümid etdiyini bildirib.
Rauf
























